С Новым Годом!

c novimqodim

Advertisements

Yeni “Jaguar” XK

“Jaguar XK”-nın yeni nəsli böyük, bahalı və eksklüziv ola bilər – möhtəşəm kupe “Jaguar” yenidən təqdim olunmuş “F-Type”-a yerini vermək üçün daha yüksək seqmentə yerləşdirilə bilər.

Bu barədə şirkətin dizayn üzrə direktoru Yan Kallum (Ian Callum) məlumat vermiş və əlavə etmişdir ki, hal-hazırda “XK”-nın hansı yolla inkişaf etdiriləcəyi barədə “çoxlu müzakirələr aparılır”.

Son qərar hələlik qəbul olunmayıb, lakin Kallum bəyan edib ki, “avtomobili GT-ə nisbətən daha xüsusi etməyə” imkan var. “O möhtəşəm avtomobilə çevrilə bilər və ölçüləri arta bilər. O ya əvvəlki kimi iki üstəgəl iki, ya da iki üstəgəl daha çox olacaq, lakin ikiyerli olmayacaq”, deyə baş dizayner bildirmişdir.

“F-Type”-ın buraxılışı “XK”-nı eyni vaxtda həm idman kupesi, həm də möhtəşəm “GT” kimi çıxış etməkdən xilas edir. “F-Type” “Jaguar”-ın xüsusi idman avtomobili olacaq və “XK”-a GT gücünə malik möhtəşəm model kimi düzəldilməsinə şərait yaradacaq.

“XK”-nın strategiyada yerini dəyişməsi bazarda dörd-qapılı avtomobillərə tələbatın azalmasına baxmayaraq gələcək nəsildə adi sedan kimi qalacaq “XJ”-in inkişafına təsir etməyəcək. Böyük yolsuzluq avtomobillərinin satışı bu gün möhtəşəm sedanların satışının qabağını kəsib.

Lakin Kallum hesab edir ki, bu “bazar tendensiyasının dəyişməsinə görə deyil, qlobal iqtisadiyyata görədir”. O, deyir: “Düşünürəm ki, bazar qayıdacaq. Biz Çində güclüyük və böyük avtomobillərin daima ABŞ-da məşhur olub”. Kallum “Jaguar”-da böyük krossoverlərin olmasını təsdiq etmədi, lakin dedi ki, şirkət krossoverlərin və yolsuzluq avtomobillərinin artan şöhrətini “nəzərə almalıdır”.